Amerika futbolu ilə məşğul olmuş Entoni Maklanahan cinayət törədib. Fanat.Az xəbər verir ki, 46 yaşlı idmançı həyat yoldaşı Keri Maklanahanı öldürüb.
Entoni ötən il evləndiyi 28 yaşlı xanımın boğazını kəsib. Yutahdakı evində baş vermiş hadisədən dərhal sonra qonşular polisə zəng vurublar. "Dallas”ın sabiq oyunçusu evində üstü qan içində yaxalanıb. Aparılan ekspertizadan sonra Maklanahanın həyat yoldaşının boğazını kəsdiyi və ölənə qədər onunla boğuşduğu aşkarlanıb.
Qeyd edək ki, Entoni Maklanahan keçən ay sabiq həyat yoldaşından olan 8 yaşlı oğlunu qaçırdığı üçün saxlanılmış və 128 min avro ödəyərək sərbəst buraxılmışdı.
Fanat.Az