Türkiyə yığmasının sabiq futbolçusu Zafer Biryol həbs olunub.
Fanat.Az xəbər verir ki, 2003/04 mövsümündə Türkiyə Superliqasının bombardiri olmuş 41 yaşlı veteran hücumçu İstanbul Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Həbsin detalları barədə məlumat verilmir.
Millinin heyətində 7 oyun keçirib 1 qol vuran Zafer Biryol karyerası ərzində "Fənərbaxça”, "Bursaspor” kimi klubların formasını geyinib. O, 2003/2004 mövsümündə "Konyaspor”un heyətində vurduğu 25 qolla Türkiyə Super Liqasının bombardiri olub.
Fanat.Az