"Mançester Yunayted"də Devid Bekhem və Roy Kin kimi ulduzlarla birlikdə forma geyinən, 2008-ci ildə karyerasını bitirən Pil Mulrine bir müddət əvvəl bir katolik kilsəsində keşiş kimi fəaliyyətə başlayıb. Fanat.Az xəbər verir ki, şimali irlandiyalı veteran futbolçu bu barədə İngiltərə mətbuatına açıqlamasında bildirib:
"Futbolun insanı içinə aldığı dünya xoşuma gəlmədi. Böyük pullar, gecə klubları, qadınlar... "Norviç"də oynayarkən ildə özümə 4 maşın alırdım. Bir müddət sonra "Niyə bunu edirəm" deyə özümə sual verdim. Sonra isə məni tamam fərqli bir şeyin özünə çəkdiyini anladım. Özümü dinə həsr etməyə qərar verdim. Bu şəkildə rahatlıq tapdım və indi çox xoşbəxtəm".
Pil Mulrine 2016-cı ildə qoşulduğu katolik kilsəsində bu günlərdə keşiş olub.
Qeyd edək ki, 1996-1999-cü illərdə "Mançester Yunayted"in üzvü olan, amma Premyer Liqada cəmi bir oyuna çıxan Pil Mulrine sonrakı illərdə "Norviç", "Kardiff Siti", "Leyton" və "Kinqs Linn" klublarında çıxış edib. O, 1997-2007-ci illərdə Şimali İrlandiya millisində 27 oyun keçirərək 3 qol vurub.
Fanat.Az