"Mançester Yunayted" və "Barselona"nın heyətinə qatmaq istədiyi Antuan Qrizmann transferi ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, "Atletiko"nun fransalı ulduzu qışda komandanı tərk etməyəcəyini bildirib:
"Atletiko"da qaldığım üçün peşman deyiləm. Son 7 oyunda qol vura bilmədim, amma yaxın zamanda yenə qol vuracam. Klub prezidenti ilə getməklə bağlı danışmamışam. Qış fasiləsində Dieqo Kosta və Vitolo gələcək. Mümkün olduqca heyətimizi qorumalı və kuboklar qazanmaq üçün mübarizə aparmalıyıq".
Qeyd edək ki, "Barselona"nın Qrizmannı 100 milyon avroya heyətinə qatacağı deyilir.
Fanat.Az