"Beşiktaş"ın müdafiəçisi Pepe mətbuata maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, "Real"da birgə çıxış etdiyi Kriştianu Ronaldo İstanbul klubunda görmək istədiyini deyib.
"Ronaldo mənim çox hörmət etdiyim insandır. O, mənim dostumdur. Əgər bu mümkün olsaydı, Ronaldonu "Beşiktaş"da görmək istərdim. Meydandan kənarda Ronaldo adi insandır.. Onun haqqında mətbuatda yazılanları oxuyanda, yalan olduğunu düşünürəm. İnsanlar gerçəkdə Kriştianu necə biridir bilmirlər. O, da bizim kimi normal insandır", deyə Pepe sabiq komanda yoldaşı haqqında "AS"a danışıb.
Fanat.Az