Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərə təmsilçisi "Çelsi”nin "Qarabağ”a 4:0 hesabı ilə qalib gəldiyi görüşdə dubl edən Villian "Mançester Yunayted”in maraq dairəsinə düşüb.
"Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo 29 yaşlı braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Portuqaliyalı mütəxəssis "Çelsi”nin sükanı arxasında olduğu dönəmdə Villian Rusiya "Anji”sindən 30 milyon funt sterlinqə transfer olunub. İndi Mourinyo "sambaçı"nı yenidən öz sərəncamında görmək istəyir.
Fanat.Az