Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, 8 qrupdan qrup qalibi olan və ikinci pilləni tutan 16 komanda 1/8 finala yüksəlib.
Üçüncü yerdə qərarlaşan 8 komanda mübarizəni Avropa Liqasında davam etdirəcək. Qalan 8 komanda üçün isə avrokubok mövsümü başa çatıb. Onlardan biri Azərbaycan çempionu "Qarabağ"dı.
Qrup qalibləri: "Mançester Yunayted”, PSJ, "Barselona”, "Roma”, "Tottenhem”, "Liverpul”, "Mançester Siti” və "Beşiktaş”.
Qrup ikinciləri: "Yuventus”, "Bazel”, "Şaxtyor”, "Bavariya”, "Çelsi”, "Real”, "Porto” və "Sevilya”.
Qrup üçüncüləri: "Leypziq”, "Napoli”, "Atletiko”, "Borussiya D.”, "Spartak”, "Sportinq”, MOİK, "Seltik”
Mübarizəni dayandıranlar: "Benfika", "Anderlext", "Qarabağ", "Olimpiakos", "Maribor", "Feyenoord", "Manako", APOEL.
Fanat.Az