"Mançester Yunayted"in heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Mourinyo "Latsio"dan Sergey Milinkoviç-Saviçin alınmasını istəyir.
Artıq portuqaliyalı mütəxəssisin tapşırığı ilə "Mançester Yunayted"in rəsmiləri Roma klubunun 22 yaşlı yarımmüdafiəçinin oyununu canlı izləyib. "Latsio"nun serb futbolçu üçün 80 milyon avro tələb etdiyi, İngiltərə klubunun isə bu məbləği ödəməyə razı olduğu bildirilir.
Qeyd edək ki, "Latsio" Sergey Milinkoviç-Saviçi 2015-ci ildə "Genk"dən 18 milyon avroya alıb.
Fanat.Az