Əfqan əsilli futbolçu Nadyem Amiri İngiltərə klublarının maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, "Hoffenhaym"ın 21 yaşlı yarımmüdafiəçisini "Mançester Yunayted", "Arsenal" və "Tottenhem" kimi klublar transfer etmək istəyir.
"The Sun"un məlumatına görə, Amiri üçün artıq ilk təkliflər var. Premyer Liqa klubları yarımmüdafiənin hər iki cinahında oynaya bilən əfqan futbolçu üçün 25 milyon avro tələb olunur.
Qeyd edək ki, 2015-ci ildən "Hoffenşaym"ın əsas heyətində oynayan Amiri Almaniyanın U-21 yığmasına çağırılır. O, bu komandada keçirdiyi 15 oyunda 3 qol vurub.
Fanat.Az