"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyauinin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, Mərakeş yığmasının sabiq üzvü karyerasını yenidən Fransada davam etdirəcək.
Belə ki, 31 yaşlı yarımmüdafiəçisi Fransanın 3-cü liqasında (Milli Liqa) çıxış edən "Qrenobl"la anlaşıb. Əlhərbi yeni klubunda 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2015-ci ilin yayında "Lans"dan "Qarabağ"a gələn mərakeşli futbolçu 2016-cı ilin sonunadək ölkəmizdə çıxış edib. Bu müddətdə o, 25 oyun keçirərək 1 qol vurub. Əlhərbi karyerası ərzində "Qarabağ" və "Lans"dan başqa Fransanın "Beauvais", "Tur", "Şatoru", "Brest", "Genqam" və "Angers" klublarında çıxış edib. O, ölkəmizdən ayrıldıqdan sonra Taylandın "Ratçaburi Mitr Phol" kulbunda top qovub.
Fanat.Az