Yunanıstan Super Liqasında çempionluğa iddialı klublardan olan "Olimpiakos" zirvəyə gedən yolda zərbə alıb.
Fanat.Az xəbər verir ki, Afina derbisində AEK-lə oyundan sonra qalmaqal yaşanması "Olimpiakos"a baha başa gəlib.
Belə ki, ölkənin futbol federasiyası klubun 3 xalını silib. Üstəlik 2 ev oyununu da azarkeşsiz keçirəcək.
Qeyd edək ki, PAOK-dan 6, AEK-dən 4 xal geri olan Afina təmsilçisinin 43 xalı 40-a endi.
Fanat.Az