"Neftçi"nin sabiq futbolçusu Daniel Seqoviya özünə yeni klub tapıb. Fanat.Az xəbər verir ki, o, Hindistan təmsilçisi "Benqalur"a transfer olunub.
Bu barədə klubun saytı məlumat yayıb. İspaniyalı hücumçu mövsümün sonuna kimi "Benqalur"un şərəfini qoruyacaq.
Qeyd edək ki, ispaniyalı mütəxəssis Albert Rokanın çalışdırdığı "Benqaluru” 15 turdan sonra Hindistan Super Liqasında turnir cədvəlinə başçılıq edir.
Fanat.Az