Türkiyənin 3-cü liqasında çıxıq edən "Aydınspor 1923" müqavilə bağladığı baş məşqçini 6 saat sonra qoyub.
Fanat.Az xəbər verir ki, uğursuz çıxış səbəbindən istefaya göndərilən Mehmet Akif Başaranın yerinə Göksel Özdemir baş məşqçi təyin edilib. Dünən Bakı vaxtı ilə saat 14.00-da bazasında rəsmi müqaviləyə imza atan mütəxəssis saat 20.00-da istefaya göndərilib. Buna səbəb klub rəhbərliyi ilə baş məşqçi arasında fikir ayrılığının yaranması olub.
Fanat.Az