Fransa millisinin və "Barselona”nın sabiq hücumçusu Tyerri Anri Neymar haqda diqqətçəkən fikirlər səsləndirib.
Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, karyerasının ən parlaq dönəmini London "Arsenal"ında keçirən Anri braziliyalı ulduzun Kataloniya təmsilçisini PSJ-yə dəyişməsinə özünəməxsus şərh verib:
"Neymarın "Barselona”dan niyə getdiyini bilmirəm. Amma Messinin kölgəsindən çıxmaq istəyirsə, özünü başqa idman növündə sınamalıdı".
Xatırladaq ki, 2013-cü ildən "Barselona"da top qovan Neymar mövsümün əvvəlində astronomik məbləğ - 222 milyon avro qarşılığında PSJ-yə keçib.
Fanat.Az