"Mançester Yunayted” "Real”ın alman yarımmüdafiəçisi Toni Kroosu rənglərinə bağlamaq istəyir.
Fanat.Az "FourFourTwo”ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo Kroosu Maykl Kerikin mövqeyində oynatmaq üçün istəyir. "Real”ın futbolçusunu bu yay almaq mümkün olmasa Mourinyo B planını işə salacaq. Dortmund "Borussiya”sının üzvü Yulian Vayql heyətə qatılacaq.
Qeyd edək ki, Kroosun "Real”la olan müqaviləsinin müddəti 2022-ci ildə bitir. Sözügedən futbolçunun transfer etmək istəyən klub isə 80 milyon avrosundan keçməlidi.
Fanat.Az