Ulduz futbolçu Putini ələ saldı: "Hardasan?" - VİDEO
Mario Balotelli yenə qeyri-adi hadisə ilə diqqət mərkəzinə düşüb. Fanat.Az xəbər verir ki, hücumçu Moskva səfəri zamanı Rusiyanın dövlət başçısıyla məzələnib.
Avropa Liqasının 1/16 final mərhələsinin "Lokomotiv”lə cavab oyunu üçün Rusiyanın paytaxtında olan "Nitsa”nın hücumçusu dünən "Qırmızı meydan”da gəzintidə olarkən "Putin, hardasan” çağırışlarıyla komanda yoldaşlarını əyləndirib. O, bu anı şəxsi "Instagram” səhifəsində paylaşıb.
Qeyd edək ki, "Lokomotiv” - "Nitsa” oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İki komanda arasında ilk qarşılaşma Moskva təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Həmin oyunda "Nitsa”nın hər iki qolunu Balotelli vurub.