Olimpiya və dünya rekordçusu Usayn Boltun futbolçu kimi oynayacağı ilk klub müəyyənləşib. Fanat.Az xəbər verir ki, 31 yaşlı atlet Cənubi Afrika Respublikasında çıxış edəcək.
Ötən gün sosial media hesabından açıqlma yayan Bolt "Bir futbol klubu ilə müqavilə imzaladım. Klubun adını 27 fevralda açıqayacam" yazmışdı. Onun "Mançester Yunayted" və "Borussiya"ya (Dortmund) keçmək ehtimalları müzakirə olunurdu. Amma yamaykalı atlet fərqli seçim edərək CAR-ın "Mamelodi Sundovns" klubuna keçib. Bu barədə CAR təmsilçisi rəsmi məlumat yayıb.
"Mamelodi Sundovns" cari mövsümün 22 turunda 12 qələbə qazanaraq 40 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi "Orlando Pirates"i 4 xal qabaqlayan Boltun klubu bir müddət əvvəl "Qarabağ"la danışıqlar aparırdı. Belə ki, Azərbaycan çempionu bu klubdan Xama Billiatı transfer etmək istəyirdi. Lakin "Mamelodi Sundovns" "Qarabağ"dan 2,56 milyon avro (4,25 milyon manat) tələb etdiyindən keçid baş tutmamışdı.
Fanat.Az