Rusiyanın "Amkar" klubu baş məşqçisiz qalıb. Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Hacı Hacıyev istefa verib.
Buna səbəb "Amkar"ın uğursuz çıxışı olub. 2014-cü ilin dekabrında Perm klubuna baş məşqçi təyin olunan mütəxəssisin başçılıq etdiyi kollektiv bu mövsüm Premyer Liqada keçirdiyi 20 oyunda 21 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Klub rəhbərliyi komandanı müvəqqəti olaraq köməkçi-məşqçi Vadim Yevseyevə tapşırıb.
Fanat.Az