Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 4 cütlük müəyyənləşib.
Moskva ÇSKA-sı "Arsenal"a rəqib olub. Püşk Almaniyanın "Leypziq" klubu ilə "Marsel"i üz-üzə qoyub. "Qarabağ"ın Çempionlar Liqasında iki heç-heçə etdiyi "Atletiko" Portuqaliya "Sportinq"i, "Latsio" Dortmund "Borussiya"sının mübarizədən kənarlaşdıran Avstriya "Zalsburq"u ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.
Avropa Liqası
1/4 final
Leypziq (Almaniya) - Marsel (Fransa)
Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)
Atletiko (İspaniya) - Sportinq (Portuqaliya)
Latsio (İtaliya) - Zalsburq (Avstriya)
Fanat.Az