İspaniyanın "Real Sosyedad” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komandaya kənardan mütəxəssis gətirilməyib.
Məşqçilik karyerası ərzində yalnız "Real Sosyedad”da işləyən İmanol Alquasil mövsümün sonuna qədər komandanı çalışdıracaq.
46 yaşlı mütəxəssis son olaraq "Real Sosyedad"ın əvəzedici komandasına başçılıq edib.
Qeyd edək ki, Alquasil bu vəzifədə ötən gün istefaya göndərilən Eusebio Sakristanı əvəzləyib.
Fanat.Az