"Milan”ın baş məşqçisi Cennaro Qattuzonun gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi onunla yeni sözləşmə imzalamaqda qərarlıdı. Qattuzo artıq Milan təmsilçisiylə müqaviləsinin müddətini də razılaşdırıb. O, 2021-ci ilin yayınadək indiki iş yerində qalacaq. İtaliya millsinin sabiq yarımmüdafiəçisi bu həftə rəsmi anlaşmaya qol çəkəcək.
Qeyd edək ki, "Milan” A seriyasının XXX turu çərçivəsində martın 31-də "Yuventus”un qonağı olacaq.
Fanat.Az