"Spartak”ın sabiq forvardı Aleksandr Mostovoy Fransa və Rusiya arasında sabah baş tutacaq sınaq oyunu haqda danışıb.
Fanat.Az xəbər verir ki, rusiyalı jurnalistlərin proqnoz üçün müraciət etdiyi Mostovoyun açıqlaması gündəm olub: "Oyuna proqnoz verməyin heç bir mənası yoxdu. İlyarım öncə dediklərimə - Avropa çempionatındakı məlum rəzalətdən sonra söylədiklərimə qayıdıram: Slutskinin gözü ayağının altını görmürdü. Hə, baş məşqçimiz "biz-biz-biz” qışqırmaqdan doymurdu. Ora hansı lozunqlarla yollandığımızı çoxları unudub. Amma son nəticədə biabırçılıq qaçılmaz oldu. Şalvarımıza batırıb geri qayıtdıq. Fransayla oyuna nə proqnoz verim? Dünya çempionatında nə Braziliya var, nə Fransa. Səıudiyyə Ərəbistanıyla, Misirlə üz-üzə gələcəyik. Onlar "dişimizə” görədi”.
Fanat.Az