"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Roma"nı məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlama verib.
Fanat.Az xəbər verir ki, Valverde "Roma"da oynayan türk futbolçu Cengiz Ünder haqqında da danışıb.
O, Cengizin çox yaxşı mövsüm keçirdiyini qeyd edib:
"Önəmli qollar vurur, komandasına xeyir verir. Bizə qarşı da meydana çıxacağını gözləyirdik, amma oynamadı. Bizim üçün sürpriz oldu. Amma mövsümü yaxşı keçirdiyinə görə, onu təbrik edirəm".
Qeyd edək ki, Ünder adı "Barselona"ya transferdə hallanır.
Fanat.Az