"Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta dünən Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Roma”dan aldıqları 0:3 hesablı yenilgidən sonra jurnalistlər önünə çıxıb.
Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, kataloniyalı ulduz belə deyib: "Ola bilsin ki, son ÇL oyunum idi. Hamımız üzgünük. Amma bu an belə açıqlamalar üçün uyğun an deyil. Azarkeşlərdən üzr istəmək? İş üzrdə deyil. Bəzən elə olur ki, heç nə alınmır. ÇL macərası bu dəfə də bitdi. Ən yaxşı variant toparlanmaq və digər 2 turnirdə qalib gəlmək haqda düşünməkdi”.
Qeyd edək ki, "Roma”nı "Nou Kamp”da 4:1 yenən "Barsa” rəqib meydanında 0:3 hesabıyla yenilərək mübarizəni çərək finalda dayandırıb.
Fanat.Az