Ukrayna Premyer Liqasında 2-ci "altılığ”ın oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” səfərdə Odessa "Çernomorets”iylə üz-üzə gəlib. Oyun qonaqların 3:1 hesablı zəfəriylə yekunlaşıb. Pavelin adı iştirak ərizəsinə salınmayıb.
Bu qələbə sayəsində xal hesabını 33-ə yüksəldən "Aleksandriya” 2-ci "altılığ”ın liderinə çevrilib.
Fanat.Az