"Atletiko” Yan Oblakla yeni müqavilə bağlamayacaq.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi başqa klubların sloveniyalı qapıçının sərbəst qalma məbləği olan 100 milyon avronu ödəyəcəyinə inanmadığından, yeni sözləşməyə ehtiyac duymur.
2014-cü ildə "Benfika”dan transfer edilən Oblakın klubla olan müqaviləsinin müddəti 2021-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, PSJ 23 yaşlı qolkiperlə maraqlanır.
Fanat.Az