Çempionlar Liqasının yarımfinal mərhələsində bu gecə "Liverpul”la üz-üzə gələcək "Roma” ilk görüşə yeni formada çıxacaq.
Fanat.Az-ın məlumatına görə, nəhayət, yeni sponsor tapan paytaxt klubunun formasında titul reklamı yerləşdirilib. Bundan sonra "Roma” futbolçuları sinəsində "Qatar Airways” yazılan futbolkalarla oynayacaq.
Son 5 ildə heç bir reklamdan istifadə etməyən "Roma" bu mövsüm İtaliya A seriyasında oyun formasında heç bir əlavə yazı olmayan iki klubdan biri kimi diqqət mərkəzinə düşüb.
Fanat.Az