Türkiyəli sabiq futbolçu Tanju Çolak 24 iyun tarixində keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün müraciət edib.
Fanat.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Çolak namizədlik üçün Ədalət və İnkişaf Partiyasına (AKP) bu istəyi barədə məlumat verib.
Əgər müraciət qəbul edilsə, sabiq futbolçu millət vəkili postu üçün namizəd olacaq. O, bu gün məsələ ilə bağlı "AK Parti"nin İzmir Bölgə Rəhbərliyinə gedəcək.
Qeyd edək ki, Tanju Çolak karyerası ərzində "Samsunspor", "Qalatasaray", "Fənərbaxça" və "İstanbulspor" klublarında çıxış edib, Türkiyə millisinin formasını geyinib.
Fanat.Az