Türkiyə Super Liqasının XXXI turunda İstanbul derbisi baş tutub. Fanat.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Beşiktaş" "Türk Telekom Arena"da qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 23-cü dəqiqədə Fernando açıb. 65-ci dəqiqədə "Beşiktaş"daş Duşko Toşiç meydandan qovulub və penalti təyin olunub. Lakin Super Liqanın bombardiri Bafetimbi Qomis 11 metrlik zərbəni qola çevirə bilməyib. Əvəzində 4 dəqiqə sonra Harri Rodriges ikinci topu rəqib qapısından keçirib.
Bununla da "Qalatasaray" çempionluq yolunda önəmli addım atıb. "Sarı-qırmızılılar" hazırda 66 xalla turnir cədvəlinə başçılıq edir. 65 xalı olan "Başakşəhər" ikinci pillədə qərarlaşıb. "Fənərbaxça" 3-cü (63 xal), "Beşiktaş" 4-cü (62 xal) yerdədi.
Fanat.Az