Çempionlar Liqasında yarımfinal mərhələsinin "Roma” - "Liverpul” matçının hakim təyinatlarını açıqlanıb.
Fanat.Az xəbər veror ki, oyun sloveniyalı referi Damir Skominaya tapşırılıb.
Ona həmyerliləri Yure Praprotnik və Robert Vukan kömək edəcək. Dördüncü hakim Tomaş Klançnik olacaq. Əlavə köməkçi-hakimlərin siyahısı isə belədi: Matey Yuq, Slavko Vinçiç.
Qeyd edək ki, "Roma” – "Liverpul” oyunu mayın 2-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında Liverpulda keçirilən ilk görüş ev sahiblərinin 5:2 hesablı qələbəsiylə yekunlaşıb.
Fanat.Az