Türkiyə Kubokunda baş tutan "Fənərbaxça" - "Beşiktaş" matçında çıxan olaylar üzündən oyun təxirə salınmışdı.
Fanat.Az xəbər verir ki, bu müddətdə hər iki tərəf bir çox müzakirələr aparmış baş məşqçi Şenol Günəşin oyun zamanı yarılan başına tikiş qoyulması gündəmi zəbt etmişdi.
Ardından TFF matçın qaldığı yerdən davam edilməsi qərarı alsa da "Beşiktaş" meydana çıxmayacağını açıqlamışdı. Futbolda yaşanan bu gərginlik dünən basketbol tribunalarında da özünü göstərib.
Superliqada qarşılaşan "Fənərbaxça" - "Beşiktaş" matçını fürsət bilən "Sarı-lacəvirtli" tərəfdarlar, reaksiyalarını ortaya qoymaq və Günəşə mesaj göndərmək üçün başlarını tibbi sarıqla sarıyıb qarşılaşmanı izləyiblər.
Fanat.Az