Şotlandiyalı mütəxəssis Aleks Ferqyuson komadan ayılıb.
Fanat.az xəbər verir ki, mayın 5-də beyninə qan sızdığı üçün əməliyyat olunan 76 yaşlı mütəxəssis hələ də Salford xəstəxanasının reanimasiya şöbəsindədi. Ancaq o, artıq otura, ailəsi və dostları ilə danışa bilir.
Qeyd edək ki, Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted”in baş məşqçisi olub.
Fanat.Az