Çempionlar Liqasında ilk turun ən yaxşı qolu - VİDEO
Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı qolu seçilib.
Fanat.Az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda "İnter”in hücumçusu Mauro İkardinin doğma meydanda "Tottenhem”ə vurduğu qol fərqlənib. Argentinalı ulduzun 86-ci dəqiqədə rəqib qapısına vurduğu qol 42 faiz səs toplayıb.
"Barselona”nın hücumçusu Osman Dembelenin PSV ilə oyunun 75-ci dəqiqəsində vurduğu qol 27 faiz toplayaraq ikinci olub. "Üçlüy"ü "Real"dan Mariano Diazın "Roma”ya vurduğu qol qapayıb. O, 18 faiz səs toplayıb.
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu isə Lionel Messi seçilib. PSV ilə oyunda het-trik edən argentinalı "Liverpul”un yarımmüdafiəçisi Ceyms Milneri, "Lion”dan Nabil Fekiri və "Mançester Yunayted”dən Paul Poqbanı qabaqlayıb.