İspaniya La Liqasının X turunda "Barselona" - "Real" oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, mövsümün ilk "El Klasiko"sunda meydan sahibləri böyükhesablı qələbə qazanıb - 5:1.
"Barselona"nın heyətində Luis Suares het-trik edib, Filippe Koutinyo və Arturo Vidal bir qol vurub. "Real"ın yeganə qolunun müəllifi müdafiəçi Marselo olub.
"Barselona" bu qələbə sayəsində xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinə liderlik edir. "Real" isə 14 xalla 9-cu yeri tutur.
Bu 2007-ci ildən sonra Lionel Messi və Kriştiano Ronaldosuz keçirilən ilk "El Klasiko" olub. Belə ki, Ronaldo yayda "Yuventus” transfer olunub. Messi isə zədə səbəbindən bu oyunda iştirak edə bilməyib.
1916-cı ildən etibarən iki komanda arasında 238 rəsmi oyun keçirilib. "El Klasiko"da 95 dəfə "Real", 94 dəfə "Barselona” qələbə qazanıb. Daha 49 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də "Kral Klubu"nun xeyrinədi - 402:392.
Fanat.Az