Julen Lopetegui "Real"dan qovulduqdan sonra boksla məşğul olmağa başlayıb.
Fanat.Az xəbər verir ki, "Kral Klubu"dan kənarlaşdırıldıqdan sonra mətbuat qarşısına çıxmayan mütəxəssis ilk dəfə İspaniyanın Bask bölgəsində qatıldığı boks dərsindəki görüntüləri ilə gündəmə gəlib.
Qeyd edək ki, dünya çempionatının startından əvvəl İspaniya yığmasını tərk edib "Real"la anlaşan Lopetegui oktyabrın 29-da istefaya göndərilib. Onun ABŞ millisindən təklif aldığı deyilir.
Fanat.Az