"Barselona" yeni futbolçu transfer edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Tuluza"nın müdafiəçisini – 19 yaşlı Jan-Kler Todibonu heyətinə qatıb.
Gənc oyunçu "Barselona"ya azad agent kimi keçib. Mövsümün sonuna qədər "Tuluza"da çıxış edəcək Todibo yayda Barselonaya köçəcək.
Fanat.Az