"Fənərbaxça" rəhbərliyi Roman Noyştedterlə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, Rusiya millisinin müdafiəçisi türklərə lazım deyil.
Klub rəhbərliyi onunla yeni müqaviləyə ehtiyac duymayıb. 30 yaşlı futbolçunun "sarı bülbüllər"lə anlaşma müddəti mövsümün sonuna qədərdi. Bu o deməkdi ki, Almaniya əsilli futbolçu yayda azad agent statusu daşıyacaq.
Qeyd edək ki, Roman Noyştedter "Fənərbaxça"ya 2016-cı ildə "Şalke"dən keçib.
Fanat.Az