"Qalatasaray” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Çaves” klubundan Markaonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında 3,5 illik müqavilə imzalanıb. İstanbul klubu bu keçidə görə, Portuqaliya təmsilçisinə 4 milyon avro təzminat ödəyəcək.
22 yaşlı müdafiəçi cari mövsümdə 24 oyunda iştirak edib və 3 qol vurub. Braziliyanın "Atletiko Paranaense” klubunun yetirməsi olan futbolçu "Çaves”dən öncə bir mövsüm də "Riu Ave”də top qovub.
Fanat.Az