"Arsenal”ın qapıçısı Petr Çex karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. Çex cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.
Karyerası ərzində "Sparta” (Praqa), "Çelsi” kimi klublarda forma geyinən Qolkiper 2015-ci ildən "Arsenal”dadı.
O, 124 dəfə də Çexiya millisinin formasını geyinib.
Fanat.Az