"Neftçi” rəhbərliyi Vangelis Platellasın transferini həll edib.
Fanat.Az-ın məlumatına görə, bu barədə yunan jurnalist Dmitris Samolis "tvitter” hesabında məlumat verib.
Klubdan məlumat alan media mənsubu 30 yaşlı futbolçunun sabah Antalyaya uçacağını, "Neftçi”nin düşərgəsinə qoşulacağını bildirib. Artıq OFİ ilə "Neftçi” arasındakı anlaşmanın xırdalıqları da açıqlanıb. "Ağ-qaralar” OFİ-yə pul ödəyəcək, oyunçuya aylara bölməklə 300 min avro maaş verəcək. Futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Yunanıstan Superliqasında ümumilikdə 77 oyun keçirən Vangelis 6 qol vurub.
Fanat.Az