"Qalatasaray"ın sabiq futbolçusu Cem Pol Karacanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, hazırda boşda olan 29 yaşlı mərkəz xətt oyunçusu Avstraliyada "Sentral Kost Mariners"ə transfer olub.
Futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlayan Avstraliya təmsilçisi bu haqda rəsmi məlumat verib.
Superliqada "Qalatasaray" və "Bursaspor"un formasını geyən Karacan, Türkiyədən ayrıldıqdan sonra "Bolton" və "Millual"da oynamışdı.