"Çelsi”nin sabiq futbolçusu Con Obi Mikel Çempionşip təmsilçisi "Midlsbro” ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, 11 il "zadəganlar”ın uğurları üçün çalışdıqdan sonra 2017-ci ilin əvvəlində Çinin "Tyantszin Teda” klubuna yollanan yarımmüdafiəçi iş yerini bu ay dəyişib.
31 yaşlı yarımmüdafiəçi 28 turdan sonra 5-ci pillədə qərarlaşan "Midlsbro”ya azad agent qismində keçib.
Fanat.Az