"Çelsi”nin hücumçusu Alvaro Morata İspaniya La Liqasına dönməyə çox yaxındı.
Fanat.Az xəbər verir ki, AS qəzeti 26 yaşlı forvardın "Atletiko”ya qoşulduğunu və hazırda tibbi baxışdan keçdiyini yazıb. Mənbə tibbi baxışdan sonra tərəflərin 1,5 illik icarə müqaviləsi imzalayacağını vurğulayıb. İspan həmkarlarımız Madrid klubunun icarə müddəti başa çatandan sonra futbolçunu 54 milyon avroya transfer edə biləcəyini də yazıb.
Morata bu mövsüm "Çelsi” formasıyla çıxdığı 24 matçda 9 qol vurub.
Fanat.Az