Almaniya Bundesliqasında baş məşqçi istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, səbr kasası daşan "Hannover” rəhbərliyi Andre Braytenrayterə qapını göstərib.
Klub bossları Mönheqladbax "Borussiya”sından alınan 1:5 hesablı darmadağını mütəxəssisə bağışlamayıb. Braytenrayterin köməkçisi Volkan Bulut da yola salınıb.
19 oyunda 11 xal toplayan "Hannover” 17-ci pillədədi.
Fanat.Az