"Mançester Yunayted” rəhbərliyi sabiq hücumçusu Erik Kantonaya vəzifə verməyi planlaşdırır.
Fanat.Az "SkySport”a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin bossları 1992-1997-ci illər aralığında bu klubda top qovmuş fransalını idman direktoru postuna gətirmək istəyir.
Kantonanın instaqram hesabında yazdığı cümlə də müəyyən mənada informasiyanın təsdiqi sayılır: "Hələ heç nə deyə bilmərəm, amma bu sizin xoşunuza gələcək”.
Erik Kantona MY ilə 4 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu, 1 dəfə Superkubokunu başı üzərinə qaldırıb.
Fanat.Az