"Qalatasaray”ın baş məşqçisi Fatih Terimin atası dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, Adana xəstəxanalarının birində müalicə alan 94 yaşlı Talat Terim bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Fatih Terim fevralın 2-də baş tutan "Aytemiz Alanyaspor” – "Qalatasaray” matçının ardından Adanaya gedərək atasını ziyarət etmişdi.
Fanat.Az