Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yeni futbol klubunun yaradılmasına qərar verib.
Fanat.Az xəbər verir ki, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığıspor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək.
"Cumhurbaşkanlığıspor" paytaxtda yetişən futbolçuları sıralarına qatmağa və tezliklə peşəkar səviyyəyə qalxmağa can atacaq.
Türkiyə mətbuatı isə klubun hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacağını və növbəti mövsüm Super Liqaya vəsiqə uğrunda mübarizə aparacağını vurğulayıb.
Fanat.Az