"Bavariya” rənglərinə yeni forvard bağlayıb.
Fanat.Az-ın məlumatına görə, münhenlilər "Hamburq”un hücumçusu Yann-Fite Arp ilə güclənib.
19 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə edilsə də, transferin tarixi dəqiqləşdirilməyib.
Anlaşmanın şərtlərinə əsasən zaman məsələsini oyunçu özü müəyyənləşdirəcək. Hücumçu istəsə, bu yay, istəsə 2020/21 mövsümünün əvvəlində Münhenə köçə bilər.
Bu mövsüm İkinci Bundesliqada 11 oyuna çıxan Arp qol hesabını açmayıb. Gənc futbolçu bir məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az