"Ayaks”ın 13 il sonra Çempionla Liqasının "pley-off" mərhələsinə dönüşü möhtəşəm olub.
Fanat.Az xəbər verir mi, oyundan öncə "Yohan Kruyff Arena”ya dünyaca məşhur hollandiyalı skrika ifaçısı və drijor Andre Pye çıxıb.
O, Cüzeppe Verdinin "Nabukko” operasından "Va, pensiero” (təcümədə xəyallara get deməkdir) hissəsini ifa edib. 40 saniyəlik ifa azarkeşlərin müşayəti ilə daha da möhtəşəm alınıb.
Xatırladaq ki, "Va, pensiero” "Ayaks”ın himnlərindən biridir. Hazırda həmin görüntülər yayından qaldırılıb. Yəqin ki, yaxın günlərdə yayınına icazə veriləcək.
Andre Pyeni "Ayaks” azarkeşləri yaxşı tanıyır. Skripka ifaçısı ilk dəfə 1995-ci ildə ÇL-in yarımfinalında "Ayaks” - "Bavariya” qarşılaşmasından öncə meydana çıxıb. Azarkeşlərin Dimitri Şostakoviçin "Vals №2”si ilə rəğbətini qazana bilib. Həmin mövsüm Amsterdam təmsilçisi CL-in qalibi olub.