Çempionlar Liqasını 1/8 final mərhələsinin ilk oyunlarının ötən gecə baş tutan "Tottenhem” - "Borussiya” (Dortmund) qarşılaşmasında qalmaqala səbəb olacaq görüntülər yayılıb.
Fanat.Az xəbər verir ki, ənənəvi olaraq İngiltərə təmsilçisinin baş məşqçisi Maurisio Poçettino həmkarı Lusien Favrla görüşməyə gedib. Amma "Borussiya”nın çalışdırıcısı ona əl uzadan Poçettinio ilə görüşməyib.
Görüntüdə Favrın həmkarına nə isə anlatdığı görünür və sonda ona yumruqlarını toqquşdurmağı təklif edir. Poçettino da bu təklifi qəbul edir.
Bəs həmin an mütəxəssislər arasında nə baş verib? İnanc, yoxsa hasısa fobiya? Bu olaya Rusiyanın sports.ru saytından olan həmkarımız maraqlı səbəb tapıb.
Sözügedən saytın əməkdaşı Pavel Tixinov iddia edir ki, Favr fevral ayının əvvəlində ağır qrip virusuna yoluxub. Hətta bu səbəbdən "Hoffenhaym”a qarşı oyunu da buraxıb. İsveçrəli mütəxəssis bu oyuna qədər sağalsa da, Poçettinonu yoluxdurmaqdan ehtiyyatlanıb. Həmkarımız qeyd edir ki, görüntüdə də Favr həmkarına bunu anlatmağa çalışıb.
Fanat.Az